AZ

Aİ ölkələri Rusiyanın dondurulmuş aktivlərinin gəlirlərini Avropa Sülh Fonduna köçürəcəklər - Borrell

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Kiyevə silah tədarükü məqsədilə Avropa Sülh Fonduna köçürmək qərarına gəliblər.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell məlumat verib.

O qeyd edib ki, Aİ yaxın vaxtlarda Ukraynaya Rusiyanın aktivlərindən əldə edilən gəlirdən 1,4 milyard avro, ilin sonuna qədər isə sursat, hava hücumundan müdafiə və silah istehsalına dəstək üçün 1 milyard avro ayıracaq:

“Bir Aİ ölkəsi isə Avropa Sülh Fondundan Kiyevə 6 milyard avrodan çox məbləğdə ödənişləri bloklamaqda davam edir”.
Borrelin sözlərinə görə, Aİ-Ukrayna təhlükəsizlik sazişinin hazırlanması bu ayın əvvəlində tamamlana bilər.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
14
bizim.media

10Mənbələr