RU

İordaniyadan Qəzzaya yardım aparan 3 yük maşını aşıb

İordaniyadan Qəzza zolağına humanitar yardım aparan üç hərbi yük maşını paytaxt Əmmanın qərbində Ölü dəniz bölgəsi yaxınlığında aşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Açıqlamada, paytaxt Əmmanın qərbində Ölü dəniz bölgəsi yaxınlığında baş verən qəzada 2 əsgərin həyatını itirdiyi, 2 əsgərin isə yaralandığı bildirilib və humanitar yardımın bölgəyə göndərilməsinin davam etdiriləcəyi qeyd edilib

​​​​​​​İordaniya hökumətinə bağlı İordaniya Haşimilərə Yardım Təşkilatının məlumatlarına görə, Əmman hökuməti dekabr ayından Qəzza zolağına 2110 humanitar yardım maşını göndərib.

Избранный
179
3
operativmm.az

10Источники