AZ

Azərbaycanda toyda faciə: Bəylə gəlin xəstəxanalıq oldu

Dünən Ağstafada rayonunda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimində zəhərlənənlərin içərisində bəy və gəlin də olub.

Oxu24.com-un  məlumatına görə, ümumilikdə toyda iştirak edənlərdən 43 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət ediblər.

Onların qidadan zəhərləndiyi bildirilir.

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumlarla birgə Ağstafa rayonunda fəaliyyət göstərən “İnci” şadlıq sarayında baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı dərhal araşdırmalara başlanılıb.

Bu barədə  Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Hadisənin baş verdiyi axşam saatlarında Agentliyin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə həm şadlıq sarayına, həm də qidaların hazırlandığı yerlərə baxış keçirilərək müvafiq tədbirlər görülüb.

İlkin araşdırmalar zamanı məlum olub ki, rayonun Aşağı Göycəli kənd sakini Piriyev Məkan Rafiq oğlunun təşkil etdiyi toy mərasimində məişət (ev) şəraitində müvafiq temperatur rejiminə riayət edilmədən hazırlanan müxtəlif qidalar şadlıq sarayında istehlaka təqdim olunub. Həmin qidalardan nümunələr götürülərək laborator analizlərə cəlb edilib. Analizlərin nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, hadisə ilə əlaqədar Ağstafa rayon Mərkəzi Xəstəxanasına müraciət edən şəxslərin hər birinə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Araşdırmalar davam etdirilir.

Seçilən
81
33
oxu24.com

10Mənbələr