![“Sabah”](https://azertag.az/files/2024/2/1200x630/17192401715186149231_1200x630.jpg)
Bakı, 24 iyun, AZƏRTAC
"Sabah" yamaykalı futbolçu Kahim Perrisi Ukraynanın "Dinamo" (Kiyev) klubundan transfer edib.
Bakı klubundan AZƏRTAC-a verilən məlumata görə, hücumameyilli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
24 yaşlı vinger ötən mövsüm "Sabah"da icarə əsasında çıxış edib. O, paytaxt təmsilçisinin heyətində keçirdiyi 31 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib.