Bakı, 24 iyun, AZƏRTAC
Rusiyanın Yakutsk şəhərində keçiriləcək “Asiya uşaqları” 8-ci Beynəlxalq İdman Oyunlarında iştirak edəcək Azərbaycanın bədii gimnastları bəlli olub.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, turnirdə ölkəmizi Şəms Ağahüseynova və Sofiya Məmmədova təmsil edəcəklər.
Səbinə Hacıyeva isə yarışda hakim kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Asiya uşaqları” turniri iyunun 26-dan iyulun 6-dək davam edəcək.