AZ

Azərbaycanı Rusiyadakı turnirdə iki bədii gimnast təmsil edəcək

Azərbaycanı Rusiyadakı turnirdə iki bədii gimnast təmsil edəcək

Rusiyanın Yakutsk şəhərində keçiriləcək “Asiya uşaqları” 8-ci Beynəlxalq İdman Oyunlarında iştirak edəcək Azərbaycanın bədii gimnastları bəlli olub.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, turnirdə ölkəmizi Şəms Ağahüseynova və Sofiya Məmmədova təmsil edəcəklər.

Səbinə Hacıyeva isə yarışda hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Asiya uşaqları” turniri iyunun 26-dan iyulun 6-dək davam edəcək.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
2
ilk.az

3Mənbələr