RU

Lukaşenko Putinə başsağlığı verib

Belarus prezidenti Aleksandr Lukaşenko Dağıstanda baş verən silsilə hücumlarla bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.Elchi.az xəbər verir ki, Lukaşenko Belarus xalqı adından Dağıstanda həlak olan polis əməkdaşları və mülki şəxslərə olan terror aktları ilə əlaqədar Putinə başsağlığı məktubunda bildirib:“Belarus tərəfi insanları qorxutmaq və dost Dağıstanda əsrlər boyu mövcud olan dinlərarası sülhü pozmaq məqsədi daşıyan dini saytlara edilən qeyri-insani hücumları qətiyyətlə pisləyir.Əminəm ki, bütün təqsirkarlar müəyyən ediləcək və layiqli cəzalarını alacaqlar. Həlak olanların ailələrinə və yaxınlarına mətanət, xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.YeganəMənbə: Vesti.ru

Избранный
135
elchi.az

1Источники