RU

AÇ-də “nəhəng”lərdən kimlər şanslıdır? – SÜRPRİZ KOMANDA...

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatı davam edir. Artıq bir çox komandanın qrup taleyi böyük ölçüdə həll olunub, bəzi komandaların şansları hələ də qalmaqdadır. 

Bəs növbəti turları və finalı nəzərə alsaq, Avropa çempionatında hansı ölkələrin şansları böyükdür? Sürpriz komanda ortaya çıxa bilərmi? 
 

MÖVZU İLƏ BAĞLI:

Avropa çempionatında bu gün 2 matç olacaq


Telejurnalist, idman eksperti Ceyhun Rzayev mövzu ilə bağlı Bizim.Media-ya danışıb. 

O bildirib ki, builki Avropa çempionatında hər zaman olduğu kimi böyük futbol ölkələri favoritdir:

“Almaniya, Fransa, İspaniya və İtaliyanı qeyd etməliyik. Bu 5 komandanı çox şanslı görürəm. Almaniya ilk iki matçında çox rahat qələbə qazandı. Şotlandiya və Macarıstan bir o qədər də müqavimət göstərə bilməmişdi. Ancaq İsveçrə ilə oyunda anladım ki, bir az üst səviyyəli komanda ilə rastlaşan kimi Almaniya çətinlik çəkir. Ümumən çempionata ev sahibliyi etmələri, azarkeş dəstəyi onlar üçün üstünlükdür. 

Fikrimcə, bu il ən güclü komanda Fransadır. Heyətində həm gənc, həm də təcrübəli futbolçular çoxdur. Bu baxımdan komandada vəhdət yaranıb. Fransa millisini çox şanslı görürəm. İtaliya yaradıcılıq baxımından İspaniya ilə oyunda çox zəif futbol nümayiş etdirdi. Düzdür, bu milli komanda müdafiəyə həmişə fikir verib, amma hücumda indiki kimi kasad İtaliya heç vaxt görməmişəm. 

Avropa çempionatında diqqətimi çəkən məqamlardan biri də odur ki, favorit hesab edilməyən zəif komandalar çox ağıllı oynayırlar.

Gürcüstan və Albaniyanı qeyd edə bilərik, özlərindən güclü rəqiblərə qarşı yaxşı müdafiə olunurlar və əks-hücuma çıxırlar. Takiki cəhətdən bu komandalar hazırlıqlı görünürlər. Ümumən götürsək, bəlkə də, ən maraqlı Avropa çempionatlarından birini izləyirik”. 

Məhərrəm Əliyev, Bizim Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
31
32
bizim.media

10Источники