AZ

Bendən Cenniferə pis sürpriz

Müğənni Cennifer Lopes və aktyor Ben Afflek arasındakı soyuq münasibət davam edir.

Bakıvaxtı.az bildirir ki, "People" dərgisi cütlüyün Los-Ancelesdəki ailə malikanəsindən bütün əşyalarını götürdüyünü yazıb.

Cennifer bir müddətdir ki, Avropada istirahət edir. Əvvəlcə paparassilər onu İtaliyada yaxtada, sonra isə təyyarənin ekonom sinifində çox maraqlı pozada yaxalayıblar. Ben isə bu gəzintidə onu tək qoyub. Ben isə evliliyindəki problemlər zamanı xüsusilə yaxınlaşdığı keçmiş həyat yoldaşı Cennifer Qarnerin evinin yaxınlığında ayda 100 min dollar dəyərində ev kirayələyib.

"Ben Brentvudda kirayə mənzildə yaşamağa davam edir. Artıq iki aya yaxındır ki, oradadır. O, yaxşı görünür. O, hər gün ofisinə gəlir və bütün diqqətini işinə cəmləmiş kimi görünür. O, həm də uşaqları ilə vaxt keçirir" deyə, mənbə bildirib./axsam.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
1
bakivaxti.az

10Mənbələr