RU

Avropa İttifaqı bu rusiyalı məşhurlara sanksiya tətbiq etdi

Avropa İttifaqı rusiyalı müğənni, aktrisa və bəstəkar Polina Qaqarinaya, ifaçı və bəstəkar Şamana, eləcə də aktyor İvan Oxlobıstinə qarşı sanksiyalar tətbiq edib.

 525.az xəbər verir ki, bu barədə Avropa İttifaqının məlumatında vurğulanıb.

“Sanksiyalar siyahısına Yaroslav Dronov, səhnə adı: Şaman, Polina Qaqarina, İvan Oxlobıstin daxildir”, açıqlamada vurğulanıb.

Qeyd olunur ki, Aİ səlahiyyətliləri Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə xələl gətirən hərəkətləri dəstəklədikləri üçün onlara qarşı sanksiyalar tətbiq etmək qərarına gəliblər.

Xatırladaq ki, bu gün Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketini təsdiqləyib.

Pərvanə Sultanova























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
36
5
525.az

8Источники