AZ

Aİ-dən rusiyalı müğənnilərə sanksiya

Rusiyalı müğənnilər "Shaman" və Polina Qaqarinanın adları Avropa İttifaqı sanksiya siyahısına daxil edilib.Missiya.Az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) saytında dərc olunmuş sənəddə deyilib.Yaroslav Dronovun (Şaman) daxil olmasına səbəb onun Kremlin təşkil etdiyi konsertlərdə, eləcə də ilhaq edilmiş ərazilərdə çıxışlarında iştirakıdır. "Dronov Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirən hərəkətləri və siyasəti dəstəkləyir", - AK bildirib.“Polina Qaqarina müntəzəm olaraq dövlət təbliğat tədbirlərində, məsələn, Ukraynanın dörd vilayətinin qanunsuz ilhaqı və ya Krımın ilhaqının ildönümü şərəfinə çıxış edir. Beləliklə, o, Ukraynanın ərazi bütövlüyünə xələl gətirən hərəkətləri dəstəkləyir”, - sənəddə qeyd edilib.Zərintac MayisqızıMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
2
missiya.az

8Mənbələr