RU

Səbuhi Rəcəbin məhkəməsi başlayıb

Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Rəcəb (Səbuhi Vaqifoğlu) və onun tanışı Elman Mirzəyevin cinayət işi üzrə məhkəməsi başlayıb.

E-huquq.az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq prosesi təxirə salınıb.

Buna səbəb təqsirləndirilən şəxsin vəkillərindən birinin prosesdə iştirak etməməsi olub.

Məhkəmənin hazırlıq iclası iyulun 8-nə təyin edilib.

İstintaq materiallarında qeyd olunub ki, onlar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli və xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq edib.

Belə ki, Səbuhi Rəcəb və tanışı Elman Mirzəyev 2019-cu ilin iyul ayının sonlarında Həsən Yaqubovun etibarından sui-istifadə edib paytaxtın Xətai rayonu, Həzi Aslanov metrostansiyası çıxışı yaxınlığında olan 3000 kv/m sahəli obyekti xüsusi mülkiyyət formasında çıxarış alacağına dair yalan vəd verib aldadaraq İntiqam Osmanov vasitəsi ilə göndərilən 146 000 manat pulu alaraq zərərçəkmişə qarşı dələduzluq edib.

Bundan başqa, onlar, təkrarən 2019-cu ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 50 saylı ünvanda Dövlət Əmlakının Reyesteri Xidməti binası qarşısında özgənin əmlakını talama niyyəti ilə əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan Ramin Sevdiməliyevin etibarından sui-istifade edərək Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən torpaq sahəsinə xüsusi mülkiyyət formasında çıxarış alacağına dair yalan vəd verib aldatmaqla ümumilikdə 380 000 min manat pul alaraq zərərçəkmişə külli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Bundan başqa, təqsirləndirilən şəxslər təkrarən paytaxtın Nəsimi rayonu, 43 saylı Notariat kontoru binasının daxilində özgənin əmlakını talama niyyəti ilə Səbuhi Zeynalovun etibarından sui-istifadə edib. O, "Para bank" ASC-də girovda olan və müvafiq məhkəmə qərarı ilə qeydiyyatla bağlı məhrumiyyətlər tətbiq edilmiş paytaxtın Nəsimi rayonu, Nizami küçəsində yerləşən əmlakı barəsində əsl həqiqətləri əks etdirən məlumatları demədən əmlakı ilkin satış görüntüsü yaratmaqla 85 000 manatı alıb ona külli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Həmçinin Səbuhi Rəcəb və Elman Mirzəyev Feyzi Ağabəyovu hüquq-mühafizə orqanlarında işə düzəldəcəyinə dair yalan vəd verib aldatmaqla 22 min 600 manat dələduzluq edib.

Bundan başqa onlar, təkrarən 2021-ci ilin yanvar ayının sonlarında özgənin emlakını talama niyyəti ilə əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan Azər Ələkbərovun etibarından sui-istifadə edib ona qaynatası İdris Məhərrəmovun törətdiyi qəsdən adam öldürmə cinayətinə görə barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edəcəyinə və gələcəkdə cinayət məsuliyyətini yüngülləşdirəcəyinə dair yalan vəd verib, ümumilikdə 155 000 manat alaraq dələduzluq ediblər.

Bundan başqa Səbuhi Rəcəb təkrarən tanışı Elman Mirzəyevlə qabaqcadan əlbir olaraq "Avto Galery" avtomobil salonundan Allahverən Ağayevə məxsus 2021-ci ilin məzənnəsi ilə 314 min 500 manat təşkil edən 185 min ABŞ dollar dəyərində "Land Rover Range Rover" markalı avtomobili satacağına dair yalandan vəd verib, zərərçəkmişə ümumilikdə 263 min 500 manat dələduzluq edib.

Bundan başqa onlar, dəyərindən ucuz qiymətə "Range Rover sport" ve "Bentley" markalı minik avtomobillərini Mayıl Əliyevə gətirəcəyinə dair yalandan ved veriblər, ümumilikdə 127 min 500 manat dələduzluq ediblər.

İttiham aktında o da göstərilib ki, hər iki təqsirləndirilən şəxs İbrahim Vəliyevi həqiqi hərbi xidmətə çağırışdan yararsız diaqnozu ilə yayındıracağına dair yalan vəd verib aldatmaqla 5 min 950 manat dəyərində dələduzluq ediblər.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Избранный
118
3
e-huquq.az

5Источники