RU

Polisləri öldürən Rövşən evinə çoxlu sayda kamera quraşdırıbmış – VİDEO  

Xəbər verdiyimiz kimi, bu gün axtarışda olan cinayətkar onu həbs etmək üçün evinə gələn 3 polis əməkdaşını və 1 qonşunusu qətlə yetirib. 

Bizim.Media xəbər verir ki, “lent.az”ın əməkdaşı hadisə baş verən evdə olub, oradakı vəziyyəti müşahidə edib. 
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Bakıda atışma: 3 polis və 1 mülki vətəndaş qətlə yetirildi


Aparılan müşahidələr zamanı məlum olub ki, hadisəni törədən Rövşən Allahverdiyevin yaşadığı evin girişindəki qapıya kod qoyulub. Girişdə, həmçinin çoxlu sayda müşahidə kameraları quraşdırılıb.  

Ehtimal olunur ki, Rövşən evə gəlib-gedənləri izləmək üçün bu qədər kamera quraşdırıb. Hadisə yerini müayinə edən kriminalistlər kamera görüntülərini götürüblər.  

Ərazidən çəkilmiş görüntüləri təqdim edirik: 
 


Bizim.Media

Избранный
99
11
bizim.media

10Источники