AZ

Polisləri öldürən Rövşən evinə çoxlu sayda kamera quraşdırıbmış - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün axtarışda olan cinayətkar onu həbs etmək üçün evinə gələn 3 polis əməkdaşını və 1 qonşunusu qətlə yetirib. 

 

Referans.az xəbər verir ki, lent.az-ın əməkdaşı hadisə baş verən evdə olub, oradakı vəziyyəti müşahidə edib. 

 

Əməkdaşımızın apardığı müşahidələr zamanı məlum olub ki, hadisəni törədən Rövşən Allahverdiyevin yaşadığı evin girişindəki qapıya kod qoyulub. Girişdə həmçinin çoxlu sayda müşahidə kameraları quraşdırılıb. 

 

Ehtimal olunur ki, Rövşən evə gəlib-gedənlərin izləmək üçün bu qədər kamera quraşdırıb. 

 

Hadisə yerini müayinə edən kriminalistlər kamera görüntülərini götürüblər. 

 

Ərazidən çəkilmiş görüntüləri təqdim edirik: 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2739
11
turanpress.com

10Mənbələr