Azərbaycanın bank sektorunun lideri, ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı – ABB-də personala ödənilən orta aylıq əmək haqqı məlum olub.
FED.az-ın hesablamasına görə, 2023-cü ilin nəticələrinə görə, bankda bir işçiyə çəkilən orta aylıq əmək haqqı xərci 3 691 manat təşkil edib.
Xatırladaq ki, ümumilikdə 2023-cü ildə «ABB Bank»da işçilərin əmək haqqı xərclərinə 154 milyon 771 min manat sərf edilib.