Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşları ilə vida mərasimi keçirilib - FOTO
İyunun 24-də törətdiyi cinayət əməlinə görə axtarışda olan şəxs saxlanılarkən qətlə yetirilən polis kapitanı Eldəniz Məmmədov, polis serjantları Mirəli Heydərov və Mahir Ağayevlə vida mərasimi keçirilib.1news.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Vida mərasimində onların ailə üzvləri, Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər. Mərasimdə bildirilib ki, onların xidməti fəaliyyəti zamanı fədakarlığı qəlbimizdə əbədi yaşayacaq: "Yaxınlarına, doğmalarına Allahdan səbr diləyirik! Allah rəhmət eləsin!"