RU

Separatçılatla bağlı cinayət işi üzrə ibtidai istintaq başa çatıb- Kamran Əliyev

Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun Separatçılatla bağlı cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bunu Baş Prokuror Kamran Əliyev deyib.

O bildirib ki, artıq 15 nəfərlə bağlı aparılan ibtidai istintaq başa çatıb.

"Onların bütün hüquqları təmin olunub, ölkə daxili qanunlar və beynəlxalq konvensiyalarının tələblərin uyğun bütün hüquqları təmin olunub, vəkil və tərcüməçi ilə təmin olunublar. Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanışolma mərhələsi başa çatandan sonra, ittiham aktı məhkəməyə göndəriləcək",- prokuror vurğulayıb.
 
İstintaqı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib. Ötən il keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun "prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət naziri” Ruben Vardanyanı da həbs edərək Bakıya gətirib.


Separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.
 
Aytac Zeynalova
 


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
19
31
anews.az

10Источники