AZ

Baş prokuror: Qondarma “qurum”un separatçı rəhbərləri barəsində cinayət işləri məhkəməyə göndəriləcək

Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma “qurum”un separatçı rəhbərləri barəsində olan cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək.



Baş Prokurorluğun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bunu Baş prokuror Kamran Əliyev Xankəndi şəhərində keçirilən "Ətraf mühitin gücləndirilməsində maarifləndirmə və hüquq- mühafizə tədbirlərinin rolu” mövzusunda elmi-praktik konfransda deyib.
O bildirib ki, artıq 15 nəfərlə bağlı aparılan ibtidai istintaq başa çatıb: “Ölkə daxili qanunlar və beynəlxalq konvensiyalarının tələblərin uyğun olaraq onların bütün hüquqları təmin olunub. Onlar vəkil və tərcüməçi ilə təmin olunublar. Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanışolma mərhələsi başa çatandan sonra, ittiham aktı məhkəməyə göndəriləcək".








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
7
nuhcixan.az

10Mənbələr