Latviya, Litva və Polşanın 103 mindən çox sakini ilin əvvəlindən Belarusa vizasız giriş hüququndan yararlanıb.
Azpost.info xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsi məlumat yayıb.
“2024-cü il yanvarın 1-dən Avropa İttifaqından olan 103 441 əcnəbi vizasız gediş-gəlişdən istifadə edib. Siyahıda 46 346 Litva vətəndaşı, 26 694 Latviya vətəndaşı, 22 526 Polşa vətəndaşı da var”, – məlumatda deyilir.
Azpost.info