Avro-2024-ün ən sürətli 10 futbolçusu açıqlanıb. Yeniavaz.com xəbər verir ki, siyahını Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) təqdim edib. Siyahıya görə, Rumıniya yığmasının hücumçusu Valentin Mixeyle ən sürətli futbolçu elan edilib (35,8 km/saat). İsveçrə yığmasının hücumçusu Den Ndoy ikinci (35,6 km/saat), Danimarka yığmasının hücumçusu Rasmus Hoylund isə üçüncü (35,5 km/saat) olub. Siyahını təqdim edirik: 1. Valentin Mixeyle (Rumıniya) - 35,8 km/saat. 2. Den Ndoy (İsveçrə) - 35,6 km/saat. 3. Rasmus Hoylund (Danimarka) - 35,5 km/saat. 4. Rafael Leau (Portuqaliya) - 35,4 km/saat. 5. Ceremi Frimponq (Niderland) - 35,2 km/saat. 6. Nunu Mendeş (Portuqaliya) - 35,1 km/saat. 7. Kiran Tirni (Şotlandiya) - 35 km/saat. 8. Kilian Mbappe (Fransa) - 35 km/saat. 9. Mixail Mudrik (Ukrayna) - 34,9 km/saat. 10. Kayl Uolker (İngiltərə) - 34,8 km/saat.