RU

Qazaxıstan Dağıstanda törədilən terror aktlarının araşdırılmasında Rusiyaya yardım təklif edib

Qazaxıstan

Astana, 24 iyun, AZƏRTAC

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın Prezidenti Vladimir Putinə Dağıstanda baş verən terror hücumları ilə əlaqədar başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, Qazaxıstan Prezidenti güc strukturları vasitəsilə əməliyyat-axtarış fəaliyyətlərinin həyata keçirilməsində Rusiyaya kömək təklif edib.

Prezident qeyd edib ki, Qazaxıstan bu qeyri-insani hərəkəti qətiyyətlə pisləyir, BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər mötəbər beynəlxalq təşkilatların himayəsi altında terrorizmə qarşı mübarizədə çoxtərəfli əməkdaşlığın inkişafını dəstəkləyir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

 

 

Избранный
75
2
azertag.az

4Источники