Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
İqtisadiyyat.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, mərasim 16 iyul tarixində AFFA-nın inzibati binasında baş tutacaq. Saat 15:00-da başlanacaq tədbirə bütün media nümayəndələri dəvətlidir.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 2-də start götürəcək.