AZ

Azərbaycan Premyer Liqasında püşkatma tarixi açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, püşkatma mərasimi iyulun 16-da AFFA-nın inzibati binasında baş tutacaq. Saat 15:00-da başlanacaq tədbirə bütün media nümayəndələri dəvətlidir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünə avqustun 2-də start veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
27
arena.az

10Mənbələr