İyunun 21-də Şıx çimərliyində bir qadının içərisində mobil telefonu olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Sənan Zeynalov müəyyən olunaraq saxlanılıb.
Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon əraizisində yerləşən marketlərin birində qadına məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən 2 yeniyetmə saxlanılıb.
Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən avtoyuma məntəqəsində bir nəfərin 3500 manat dəyəri olan mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ramel Səfərov saxlanılıb.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən kafedə bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Valeh Şıxəliyev və Orxan Xurşudlu saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.
"Cebhe.info"