AZ

Paytaxtın müxtəlif ərazilərində mobil telefonları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Paytaxtın

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 21-də Şıx çimərliyində içərisində mobil telefonu olan qadın çantasının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Sənan Zeynalov müəyyənləşdirilərək saxlanılıb.

Rayon polis idarəsinin 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yerləşən marketlərin birində qadına məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən 2 yeniyetmə saxlanılıb.

Nərimanov Rayon Polis idarəsinin 16-cı polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon ərazisindəki avtoyuma məntəqəsində bir nəfərin 3500 manat dəyəri olan mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ramel Səfərov saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
5
azertag.az

8Mənbələr