RU

Dövlət qurumlarına işə qəbul prossində yeni model tətbiq ediləcək

Sentyabr ayında dövlət qulluğuna qəbulla əlaqədar səriştə modelini sınaqdan keçirəcəyik.

Day.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bundan əvvəl səriştə modelinin axırıncı versiyası beynəlxalq ekspertlərlə fikir mübadiləsi aparılacaq.

"Bu çox vacib mərhələdir. Bu model üzrə 2 ildir işləyirik. Hazırda bu modelin tətbiqinə başlayaraq. 2024-cü ildə bu modelin sınağı, 2025-ci ildə isə müvafiq qanunvericilikdə aparılan dəyişikliklə dövlət qurumlarına işə qəbul prosesini bu modellə həyata keçirəcəyik",- deyə M.Abbaszadə əlavə edib.

Qeyd edək ki, səriştə modelinə keçid dövlət qulluğuna daha peşəkar, bacarıqlı, şəxsi keyfiyyətləri yüksək olan dövlət qulluqçularının cəlb olunmasını təmin edir.

Избранный
82
24
day.az

10Источники