AZ

Dövlət qurumlarına qəbulda yeni model...

Sentyabr ayında dövlət qulluğuna qəbulla əlaqədar səriştə modelini sınaqdan keçirəcəyik.

Publika.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bundan əvvəl səriştə modelinin axırıncı versiyası ilə bağlı beynəlxalq ekspertlərlə fikir mübadiləsi aparılacaq:

"Çox vacib mərhələdir. Bu model üzrə iki ildir işləyirik. Hazırda bu modelin tətbiqinə başlamaqla 2024-cü ildə sınaq, 2025-ci ildə isə qanunvericiliyə dəyişiklik etməklə dövlət qurumlarına işə qəbul prosesini həyata keçirəcəyik".

Seçilən
59
24
publika.az

10Mənbələr