RU

Husilər Qırmızı dəniz və Hind okeanında iki gəmini vurdu

Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dəniz və Hind okeanında iki gəmini qanadlı raket və pilotsuz dəniz vasitəsi ilə vurduqlarını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Husilərin Hərbi Sözçüsü Yəhya Seri verdiyi açıqlamada "Transworld Navigator" adlı gəminin Qırmızı dənizdə pilotsuz dəniz vasitəsi ilə hədəf alındığını bildirib.

Seri, Stolt Sequoia adlı başqa bir gəminin də Hind okeanında qanadlı raketlə müvəffəqiyyətlə vurulduğunu açıqlanıb.

Hərbi sözçü gəmilərin "işğal olunmuş Fələstin limanlarına giriş qadağasını" (husilərin elan etdiyi qadağa) pozduqları üçün hədəfə alındığını bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Избранный
122
7
turkustan.az

10Источники