Bakı. Trend:
İyunun 21-də Şıx çimərliyində bir qadının içərisində mobiltelefonu olan çantasının oğurlanması barədə polisə məlumat daxilolub.
Trend xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumatyayıb.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsiəməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdəşübhəli bilinən Sənan Zeynalov müəyyən olunaraq saxlanılıb.
Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləritədbirlərlə rayon əraizisində yerləşən marketlərin birində qadınaməxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən 2 yeniyetməsaxlanılıb.
Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləritədbirlərlə rayon ərazisində yerləşən avtoyuma məntəqəsində birnəfərin 3500 manat dəyəri olan mobil telefonunu oğurlamaqda şübhəlibilinən əvvəllər məhkum olunmuş Ramel Səfərov saxlanılıb.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləritədbirlərlə rayon ərazisində yerləşən kafedə bir nəfərin mobiltelefonunu oğurlamaqda şübhəli bilinən Valeh Şıxəliyev və OrxanXurşudlu saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.