Dağıstanda antiterror əməliyyatları sona çatıb və əməliyyatlar zamanı 5 yaraqlı zərərsizləşdirilib.
"Operativ Media" RİA-ya istinadən xəbər verir ki, Dağıstan respublikasının rəhbəri Sergey Melikovun imzaladığı sərəncamla ölkədə üç günlük matəm elan edilib.
Melikov administrasiyasının Telegram kanalında verilən məlumata görə iyunun 24, 25 və 26-sı Dağıstanda matəm günləri elan edilib.