Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı 1300 nəfərdən çox zəvvarın dünyasını dəyişdiyi bildirilir ki, onların yarısından çoxu Misir vətəndaşıdır.Bununla bağlı məlumatı krallığın səhiyyə naziri Fəhd bin Abdel Rəhman əl-Cələcil bildirib.
"Həcc zamanı ölənlərin sayı 1301 nəfərə çatıb, ölən zəvvarların 83%-nin müvafiq vizası olmayıb”, - deyə nazir "Əl-İxbariyyə” dövlət telekanalına müsahibəsi zamanı bildirib.
Qeydiyyatdan keçməyən zəvvarlar kondisionerli istirahət obyektlərindən istifadə edə bilməyiblər və hüquq-mühafizə orqanlarının həcc vizalarını yoxladıqları nəzarət məntəqələrindən yayınaraq açıq günəş altında uzun gəzintilər etməyə məcbur olublar ki, ölümlərin sayının bu cür çox olmasının da səbəbi məhz elə bu olub.
www.anews.az