Ukrayna Ordusu Sevastopola zərbə endirib.
Bu barədə şəhər qubernatoru Mixail Razvojayev “Telegram”-da paylaşım edib.
Yerli vaxtla saat 12.21-də şəhərə endirilən zərbə nəticəsində 3-ü uşaq olmaqla, 5 nəfər ölüb. 124 nəfər yaralanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Sevastopolda raket zərbəsinin endirildiyi Üçkuyevka parkının ərazisinə giriş-çıxışı, o cümlədən park boyu dənizə gedən yolu bağlayıblar.