RU

Azərbaycanda növbədənkənar parlament seçkilərindən gözləntilər » AzadMedia.az

Azərbaycanda

Elnurə Abuşova,
AUSD İB-nin sədri

2024-cü ildə Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Mən bu seçkiləri ölkədə keçirilən son siyasi və iqtisadi islahatların bir hissəsi kimi qəbul edirəm və şübhəm yoxdur ki, mənim kimi düşünənlər seçicilərin böyük hissəsini təşkil edir.
Siyasi kontekstə nəzər salaq.
Azərbaycanın hazırkı siyasi konteksti, uzun müddətdir hakimiyyətdə olan İlham Əliyevin rəhbərliyi altında formalaşıb. Cənab Prezident İlham Əliyev 2003-cü ildən prezidentdir və onun hakimiyyəti dövründə ölkədə bir sıra mütərəqqi islahatlar həyata keçirilib. Lakin bu islahatlar çox vaxt tənqidçilər tərəfindən kifayət qədər demokratik olmamaqla ittiham olunur. Nədənsə bu "demokratlar" 200 ildə görünməyən hadisə - 30 il işğal altında olan torpaqların azad olunmasını görə bilmir. Hansısa maraq onlara imkan vermir Zəfər Qələbəmizin, Azərbaycanın tam suverenliyinə qovuşmasının İlham Əliyevin rəhbərliyi altında baş versini etiraf etsin. Bütün dünya güclərinin Ermənistanı dəstəklədiyi bir dövrdə Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun qurub-yaratdığı güclü hərbi sfera, peşəkar ordu işğaldan azad etdi torpaqları. Qan tökülmədən Xankəndidə, Xocalıda, Qazaxın 4 kəndində, Laçında, Kəlbəcərdə Azərbaycan bayrağı dalğalanır. Demokratiyadan ədalət gözləməyimizin bir faydası oldumu? Demək bəzi məqamlarda demokratiya işə yaramır, dəmir yumruq qaçılmazdır.
Seçkilərin əhəmiyyətinə diqqət ayırmaq istəyirəm.
Növbədənkənar parlament seçkilərinin elan edilməsi, ölkənin iqtisadi və sosial inkişafı üçün vacib bir mərhələ kimi qiymətləndirilir. Prezident İlham Əliyev islahatların daha da sürətləndirilməsini və parlamentin fəaliyyətinin yenidən qurulmasını zəruri hesab edir. Bu, həm də gənc kadrların dövlət idarəetməsində daha fəal rol oynamasına imkan yaratmaq məqsədi daşıyır.
Müxalifətin mövqeyi necədir?
Azərbaycanın müxalifət partiyaları bu seçkilərə fərqli yanaşırlar. Bəzi partiyalar seçkilərdə iştirak etməyi planlaşdırır, digərləri isə əhəmiyyətli seçki islahatları həyata keçirilmədikcə seçkilərə qatılmamağı qərara alıb. Bu qərarlar, seçkilərin demokratik islahatları həyata keçirmək məqsədini daşımadığını və əksinə hakimiyyətin daha da mərkəzləşməsinə xidmət etdiyini iddia edir. Onlar bir acı həqiqəti etiraf etməyi unudurlar ki, xalq qarşısında etimadlarını çoxdan itiriblər. Arxalarıyla gedəcək kimsə qalmayıb.
İnanıram ki, 2024-cü il növbədənkənar parlament seçkiləri Azərbaycanda mühüm bir hadisə olacaq. Bu seçkilər, ölkədəki siyasi və iqtisadi vəziyyətin gələcəyini müəyyənləşdirəcək. Müstəqil müşahidəçilər və müxalifət partiyaları, bu seçkilərin həqiqətən islahatlar gətirəcəyini və ya sadəcə hökumətin mövcud status-kvosunu qoruyacağını diqqətlə izləyəcəklər. Biz seçkiyə gedək, namizədimizə səs verək, prosesləri izləyək. Cücəni payızda sayarlar. Önyarğılıq zəiflik əlamətidir.

Избранный
39
1
azadmedia.az

2Источники