İyunun 23-də Ermənistanın Kotayk rayonunun Ağveran qəsəbəsindəki “Ararat Resort” otel kompleksinin keçid məntəqəsində partlayış baş verib.
“Cebhe.info” “Shamshyan.com” -a istinadən xəbər verir ki, hadisə saat 07:30 radələrində baş verib.
Partlayış nəticəsində bir nəfər İrəvandakı Milli Yanıqlar və Dermatologiya Mərkəzinə yerləşdirilib.
Hadisə yerinə Çarentsavan Yanğından Mühafizə Hissəsinin 1 nəfər döyüş heyəti gəlib.
Partlayış şüşələrin qırılmasına səbəb olub, xəstəxanaya yerləşdirilən şəxs otel kompleksində təhlükəsizlik işçisidir.