RU

“Real”dan son qərar - Arda Gülər satılmayacaq!

“Real” yarımmüdafiəçisi Arda Gülərlə bağlı qərar verib.

Sportiofo.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” türkiyəli futbolçunu heç bir halda satmayacaq.

Həmçinin yarımmüdafiəçi başqa komandaya icarəyə verilməyəcək.

Ardanın xidmətində “Liverpul”un və İspaniya La Liqasının bəzi klublarının maraqlı olduğu bildirilirdi. O, komandada böyük rəqabətə baxmayaraq, “Real”da qalacaq.

19 yaşlı futbolçu ​​müxtəlif zədələr səbəbindən debüt mövsümündə yanvar ayına kimi oynamamışdı. O, İspaniya çempionatında iştirak etdiyi 10 matçda 6 qol vurmağı bacarıb.

Избранный
327
sportinfo.az

1Источники