RU

Elon Mask 12-ci dəfə ATA OLDU

Amerikalı milyarder, “Tesla” və “Space X” şirkətlərinin qurucusu Elon Mask 52 yaşında 12-ci dəfə ata olub. 

 

Sfera.az bildirir ki, bu barədə anonim mənbələrə istinadən məlumat yayılıb.


Körpə 2024-cü ilin əvvəlində dünyaya gəlib, lakin cütlük hələ də sevinclərini ictimaiyyətə açıqlamayıb.


Mənbə bildirib ki, körpənin anası Maska məxsus “Neuralink”in xüsusi layihələrinin direktoru Siobhan Zilisdir. Nə Mask, nə də Zilis üçüncü övladlarının dünyaya gəlməsi ilə bağlı şərh verməyiblər.

 

“Business Insider” tərəfindən əldə edilən məhkəmə sənədləri göstərir ki, Mask ​​2021-ci ilin noyabrında da Zilisdən əkiz uşaq dünyaya gətirib.
Ərizə əkizlərin adlarının dəyişdirilməsi ilə bağlı olub. Elon Mask və Zilis uşaqlara qoşa - yəni, həm ata, həm ana soyad verilməsini istəyiblər. Vəsatət hakim tərəfindən təsdiq edilib.

 

Qeyd edək ki, Zilis Maskla 2015-ci ildə süni intellektin tədqiqi və tətbiqi ilə məşğul olan “OpenAI” qeyri-kommersiya təşkilatında işləyərkən tanış olub. 2017-ci ildə Zilis süni intellektin avtopilot funksiyasına daxil edilməsi layihəsinə rəhbərlik etmək üçün “Tesla”ya keçib.

 

Aynil

Избранный
197
5
sfera.az

6Источники