AZ

İl yarım bədənində unudulmuş iynə ilə yaşadı

Mayalanma müalicəsinə başlayan 42 yaşlı Sabiha İnce adlı şəxs şəhərdəki xəstəxanalardan birində əməliyyat olunub.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Antalya bölgəsində baş verib.
 
Əməliyyat zamanı qarın iynəsinin unudulduğunu və 1 il yarımdır belə yaşadığını öyrənən qadın şikayət edib.
 
Belə ki, İnce adlı qadın uşaq sahibi olmaq üçün şəhər mərkəzində yerləşən özəl mayalanma mərkəzinə müraciət edib.

Burada aparılan müayinələrdə yumurtalıqlarda mioma (uşaqlıqda inkişaf edən xoşxassəli şiş) aşkarlanıb və İncə 16 yanvar 2023-cü ildə Antalya Təhsil və Araşdırma Xəstəxanasında əməliyyat olunub.

Əməliyyatdan sonra 1,5 ildir ciddi ağrılar keçirən qadın getdiyi həkimlərin tətbiq etdiyi müalicələrlə ağrılarını dindirməyə çalışıb.
 
İstifadə edilən dərmanlara baxmayaraq ağrılarının azalmadığı üçün xəstəxanaya getdiyini bildirən İncə sözlərini belə davam etdirib:

\"Təcili yardıma getdik və ultrasəsdə həkim daşın olmadığını dedi. Yoldaşım məni infeksiya şübhəsi ilə daim xəstəxanaya aparırdı, damar girişindən iynə alırdım. Tomoqrafiya nəticəsində yad cisim müşahidə edildi. Amma bunun nə olduğunu heç bir həkim araşdırmadı, omba rentgeninə getdim. Məni Rentgen çəkdi. Rentgen nəticələrinə baxan həkim qarnımda cərrahi iynə olduğunu dedi və mən hələ də qarnımda iynə ilə yaşayıram. Bunun üçün başqa bir əməliyyat olması üçün Xəstəxanaya müraciət etdim. Həkimlər mənə əməliyyat olunmağımı məsləhət gördülər. Tezliklə əməliyyat olunacam\". 
 
Oksana


Seçilən
146
5
azxeber.com

6Mənbələr