Qazaxıstanın paytaxtı Astanada 26 mərtəbəli yaşayış kompleksində yanğın baş verib.
Bu haqda ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Astana yanğınsöndürmə bölmələri çağırışla Turan 37/9 ünvanına gəliblər. Hadisə yerinə gələn yanğınsöndürənlər yaşayış kompleksinin çöl üzlüyünün yandığını müəyyən ediblər. Əraziyə 16 texnika və 72 nəfər cəlb olunub”, – deyə məlumatda qeyd olunub.
Qazaxıstan FHN hadisə yerində qərargah yaradıldığını bildirib. Qeyd olunub ki, xilasedicilər artıq biri uşaq olmaqla 8 nəfəri təxliyə ediblər.
Son məlumata görə, Qazaxıstanın paytaxtı Astanada çoxmərtəbəli binada baş verən yanğın lokallaşdırılıb./Viral.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Страницы
- Рейтинг
- Погода
- Валюта