AZ

Astanada çoxmərtəbəli yaşayış kompleksi yanır - Video

Qazaxıstanın paytaxtı Astanada 26 mərtəbəli yaşayış kompleksində yanğın baş verib.Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Astana yanğınsöndürmə bölmələri çağırışla Turan 37/9 ünvanına gəliblər. Hadisə yerinə gələn yanğınsöndürənlər yaşayış kompleksinin çöl üzlüyünün yandığını müəyyən ediblər. Əraziyə 16 texnika və 72 nəfər cəlb olunub”, - deyə məlumatda qeyd olunub.

Qazaxıstan FHN hadisə yerində qərargah yaradıldığını bildirib. Qeyd olunub ki, xilasedicilər artıq biri uşaq olmaqla 8 nəfəri təxliyə ediblər.


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
6
anews.az

7Mənbələr