RU

Olimpiya çempionu bu dəfə bağışlanmadı: 8 illik cəza

Atletika üzrə Olimpiya çempionu Gil Roberts antidopinq qaydalarını ikinci dəfə pozduğu üçün 8 il müddətinə yarışlardan uzaqlaşdırılıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Antidopinq Agentliyi (USADA) məlumat yayıb.

Amerikalı qaçışçının 2023-cü ilin sentyabrın 20-də ostarin üçün verdiyi test müsbət çıxıb. Yarışdan kənar qalma müddəti 2023-cü ilin oktyabrından hesablanıb. Onun həmin ilin sentyabrından etibarən qeydə alınan bütün nəticələri ləğv edilib.

Roberts son 10 ildə ikinci dəfə antidopinq qaydalarını pozması səbəbindən uzun müddətə cəzalandırılıb. 2022-ci ilin dekabrında o, antidopinq qaydalarını pozduğuna görə 16 ay müddətinə idmandan uzaqlaşdırılmışdı. USADA-nın təhlili müəyyən edib ki, Roberts etiketdə tərkibi göstərilməyən pəhriz əlavəsini qəbul etdikdən sonra qanına qadağan olunmuş maddələr keçib.

Onun 2017-ci ildə də dopinq testi müsbət çıxmışdı. Lakin Roberts soyuqdəymə dərmanı qəbul edən sevgilisi ilə öpüşərkən dopinqin bədəninə daxil olduğunu iddia edərək, cəzadan yayına bilmişdi.

Избранный
132
publika.az

1Источники