RU

Türkiyədəki yanğınlarda həyatını itirənlərin sayı artıb

Bakı, TurkicWorld

Türkiyədəki yanğınlarda həyatını itirənlərin sayı artıb.

TurkicWorld xəbər verir ki, bu barədə məlumatı Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "X" hesabında etdiyi paylaşımda açıqlayıb.

O qeyd edib ki, yanğından 78 nəfər zərər çəkib.

Nazir bildirib ki, Diyarbəkirlə Mardin sərhədindəki kəndlərdə baş verən bu yanğınlar səbəbindən hazırda Diyarbəkirdə 5 nəfər reanimasiyaya yerləşdirilib.

Qeyd edək ki, ötən gün Türkiyənin Diyarbəkir vilayətinin Çinar, Mardin vilayətinin Mazıdagı rayonları arasındakı əkin sahəsində yanğın olub. Ən son məlumatda hadisə nəticəsində 5 nəfərin öldüyü, 44 nəfərin xəsarət aldığı bildirilirdi.

Hafiz Rufizoğlu

Избранный
128
4
turkic.world

8Источники