AZ

Türkiyədə yanğın qurbanlarının sayı artdı - FOTO

Türkiyənin Diyarbəkir və Mardin vilayətlərində baş vermiş yanğınlarda həyatını itirənlərin sayı 11 nəfərə çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "X" hesabında etdiyi paylaşımda açıqlayıb.

O qeyd edib ki, yanğından 78 nəfər zərər çəkib.

Nazir bildirib ki, Diyarbəkirlə Mardin sərhədindəki kəndlərdə baş verən bu yanğınlar səbəbindən hazırda Diyarbəkirdə 5 nəfər reanimasiyaya yerləşdirilib.

Xatırladaq ki, ötən gün Türkiyənin Diyarbəkir vilayətinin Çinar, Mardin vilayətinin Mazıdagı rayonları arasındakı əkin sahəsində yanğın olub. Ən son məlumatda hadisə nəticəsində 5 nəfərin öldüyü, 44 nəfərin xəsarət aldığı bildirilirdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun




 

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
4
milli.az

8Mənbələr