Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşü başa çatıb.
Düsseldorf şəhərindəki "Esprit Arena"da gerçəkləşən E qrupunun görüşündə ukraynalılar qələbə qazanıb - 2:1.
Matçda hesabı 17-ci dəqiqədə slovakiyalıların heyətində İvan Şrants açıb. 54-cü dəqiqədə "status kvo" bərpa olunub. Nikolay Şaparenko adını tabloya yazdırıb. Ukrayna yığmasına qələbə qazandıran qola isə 80-ci dəqiqədə Roman Yaremçuk imza atıb.
***18:38
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşündə hesab dəyişib.
Düsseldorf şəhərindəki "Esprit Arena"da gerçəkləşən E qrupunun görüşündə ukraynalılar hesabda önə çıxıb - 2:1.
Roman Yaremçuk 80-ci dəqiqədə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib.
***18:12
lmaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşündə hesab bərabərləşib.
Düsseldorf şəhərindəki "Esprit Arena"da gerçəkləşən E qrupunun görüşündə ukraynalılar "status-kvo"nu bərpa ediblər - 1:1.
Nikolay Şaparenko 54-cü dəqiqədə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib.
***17:20
AVRO-2024-ün qrup mərhələsinin II turunu çərçivəsində baş tutan Slovakiya - Ukrayna görüşündə hesab açılıb.
Far.Azxəbər verir ki, matçın 17-ci dəqiqəsində slovakiyalı futbolçu Schranz hesabı 1-0 komandasının xeyrinə dəyişib.
***17:07
AVRO-2024-ün qrup mərhələsinin II turunu çərçivəsində Slovakiya - Ukrayna görüşü start götürüb.
Far.Az xəbər verir ki, Düsseldorf şəhərindəki "Esprit Arena"da başlayan E qrupunun oyununu ingiltərəli beynəlxalq dərəcəli hakim Maykl Oliver idarə edir.
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.
Far.Az