AZ

AVRO-2024: Ukrayna ilk qələbəsini qazanıb

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşü başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Düsseldorf şəhərindəki "Esprit Arena"da gerçəkləşən E qrupunun görüşündə ukraynalılar qələbə qazanıb - 2:1.

Hesabı 17-ci dəqiqədə slovakiyalıların heyətində İvan Şrants açıb. 54-cü dəqiqədə "status-kvo" bərpa olunub. Nikolay Şaparenko adını tabloya yazdırıb. Ukrayna yığmasına qələbə qazandıran qola isə 80-ci dəqiqədə Roman Yaremçuk imza atıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
13
operativmm.az

10Mənbələr