Qubanın Dalıqaya kəndinə güclü sel gəlib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sakinlərin sözlərinə görə, sel kənddaxili yolları bərbad günə qoyub.
Rayonun Girdah, Zıxır kənd yollarına ciddi ziyan vurub.
Quba Fövqəladə Hallar Komissiyasının sədri, icra hakimiyyəti başçısının 1-ci müavini Tariyel İbrahimov rayonun Rük kəndi və həmin istiqamətlərdə güclü sel keçdiyini təsdiqləyib.
Əraziyə dəymiş ziyanın həcmi araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu