AZ

Qubanın Dalıqaya kəndinə SEL GƏLİB - VİDEO 

Qubanın Dalıqaya kəndinə güclü sel gəlib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sakinlərin  sözlərinə görə, sel kənddaxili yolları bərbad günə qoyub.

Rayonun Girdah, Zıxır kənd yollarına ciddi ziyan vurub.

Quba Fövqəladə Hallar Komissiyasının sədri, icra hakimiyyəti başçısının 1-ci müavini Tariyel İbrahimov rayonun Rük kəndi və həmin istiqamətlərdə güclü sel keçdiyini təsdiqləyib.

Əraziyə dəymiş ziyanın həcmi araşdırılır.
 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
3
bizim.media

7Mənbələr