RU

Naxçıvanda bütün müəllimlər sertifikatlaşdırma imtahanından uğurla keçib

Naxçıvanda

Bakı, 21 iyun, AZƏRTAC

Naxçıvanda keçirilən riyaziyyat müəllimlərinin sertifikatlaşdırma prosesinin test mərhələsinin ilk seansı artıq yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak edən 38 müəllimin 15-i (39,5 faizi) 51 bal və daha yuxarı bal toplayıb.

Region üzrə imtahanda müəyyən olunmuş bal həddini keçməyən müəllim yoxdur.

Xatırladaq ki, bu ilk dəfə Naxçıvanda müəllimlərin sertifikasiya imtahanı keçirilib.

Избранный
185
1
azertag.az

2Источники