Bakı. Trend:
Türkiyənin Diyarbəkir və Mardin vilayətlərində baş verənyanğınlarda 11 nəfər həyatını itirib.
Trend xəbər verir ki, bu barədə məlumatı Türkiyənin səhiyyənaziri Fəxrəddin Qoca “X” hesabında etdiyi paylaşımdaaçıqlayıb.
O qeyd edib ki, yanğından 78 nəfər zərər çəkib.
Nazir bildirib ki, Diyarbəkirlə Mardin sərhədindəki kəndlərdəbaş verən bu yanğınlar səbəbindən hazırda Diyarbəkirdə 5 nəfərreanimasiyaya yerləşdirilib.
Qeyd edək ki, ötən gün Türkiyənin Diyarbəkir vilayətinin Çinar,Mardin vilayətinin Mazıdagı rayonları arasındakı əkin sahəsindəyanğın olub. Ən son məlumatda hadisə nəticəsində 5 nəfərin öldüyü,44 nəfərin xəsarət aldığı bildirilirdi.