RU

Ermənistanda xüsusi təyinatlılar separatçıların "nümayəndəliyi"nin qapılarını sındırdı, Şahmaranyanın maşını müsadirə edildi - VİDEO

Ermənistanda xüsusi təyinatlılar qondarma rejimin "nümayəndəliyinə" daxil olublar.

Olaylar xəbər verir ki, bununla bağlı erməni KİV məlumat yayıb.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin kriminal polisinin xüsusi bölməsinin əməkdaşları "nümayəndəliyin" qapılarını sındıraraq içəri daxil olublar.

Onlar Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyana xidmət edən avtomobili müsadirə ediblər.

Xatırladaq ki, ötən il antitteror tədbirlərindən sonra separatçılar təslim olub. Bundan sonra Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.

Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun "prezidentləri" olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət naziri" Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
61
15
olaylar.az

10Источники