RU

"Slovakiya ilə oyun daha çətin olacaq" - Artyom Dovbik

Ukrayna millisinin hücumçusu Artyom Dovbik Avropa çempionatının qrup mərhələsinin 2-ci turu çərçivəsində bu gün Slovakiya seçməsinə qarşı keçirəcəkləri oyun ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun sözlərini belə çatdırıb:

"Slovakiya da Rumıniya kimi təşkilatlanmış, müdafiədə yaxşı oynayan komandadır. Onların iki yüksək səviyyəli mərkəz müdafiəçisi var. Bir hücumçu kimi buna xüsusi diqqət yetirmişəm. Onlar turnirin ən yaxşı hücumçularından sayılan Romelu Lukakuya qarşı çox yaxşı mübarizə apardılar. Slovakiyanın yarımmüdafiəçiləri meydanın mərkəzində "qara iş"i əla görürlər. Məncə, onlarla oyun Rumıniyaya qarşı keçirdiyimiz matçdan daha çətin olacaq".

Xatırladaq ki, Slovakiya AÇ-2024-dəki ilk oyununu Belçikaya qarşı keçirib və 1:0 hesablı qələbə qazanıb. Ukrayna seçməsi isə birinci turda Rumıniyaya 0:3 hesabı ilə yenilib.

Nihat

Избранный
59
fanat.az

1Источники